Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olundu 

23:18 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

 

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Qeyd edilir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.